1 Avqust 2014 16:40
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

"France-Presse" agentliyinin verdiyi məlumata görə, avqustun 1-nə keçən gecə Dağlıq Qarabağ yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələri arasında döyüş olub.

Agentlik yazır ki, Azərbaycanın Müdafiə Nazirliyi intensiv atışma olduğunu desə də, Azərbaycan tərəfdən neçə nəfərin həlak olduğunu bildirmir. Ancaq Ermənistanın Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmisi «France-Presse»ə deyib ki, Azərbaycan 14 hərbçisini itirib.

«France-Presse»ə adının çəkilməməsi şərtilə müsahibə verən erməni rəsmisi deyib ki, Azərbaycanın sabotaj qrupları Dağlıq Qarabağ ərazisinə girmək istəyib və pusquya düşüb.

Həmin rəsminin sözlərinə görə, Azərbaycan tərəfdə çoxlu yaralanan var, erməni tərəfdə isə itki yoxdur.

Ancaq Azadlıq Radiosunun erməni xidməti Dağlıq Qarabağdakı «Müdafiə Nazirliyi»nə istinadla xəbər verir ki, erməni tərəfdən 2 əsgər ölüb. Onların adları da açıqlanır.

Məlumatda deyilir ki, erməni hərbi birləşmələri Azərbaycan tərəfdən çoxlu miqdarda silah və texnika ələ keçirib. Məlumata görə, hazırda həmin döyüş olan əraziyə erməni qüvvələri nəzarət edir.

AzadliqRadiosu


Müəllif: