8 Dekabr 10:17
544

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisk ilə telefon danışığı aparıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan və Papa Qüdslə bağlı son vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti bölgədə sabitliyi bərpa etmək üçün 1967-cü il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin bərpasının vacibliyini vurğuyıb.

Telefon danışığının sonunda liderlər birgə bəyanat yayaraq, Qüdsün statusunun dəyişdirilməsinin bölgədə gərginliyi artıracağını bildiriblər.


Müəllif: Samir