8 Dekabr 12:53
623

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin səhhəti daha da pisləşib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Saakaşvili özünün rəsmi Feysbuk hesabında məlumat verib.

Bundan sonra o, Kiyevdə Ali Rada önündə tərəfdarları tərəfindən qurulmuş çadırı tərk edib:

“Son bir neçə gündə baş verən hadisələr məndən də yan keçmədi. Səsim batıb, temperaturum qalxıb. Ancaq dekabrın 10-da Sevçenko parkında təşkil olunacaq yürüşdə sizinlə olacam”.

Mixail Saakaşvilinin hara getdiyi məlum deyil.


Müəllif: Samir