8 Dekabr 2017 17:26
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:25

İsrail polisi əl-Əqsa məscidi və İordan çayının qərb sahillərində ABŞ-ın Qüds qərarına etiraz edən kütləyə atəş açıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı çox sayda insanın xəsarət aldığı bildirilir.

Bundan başqa, polis fələstinlilərə qarşı gözyaşardıcı qazdan da istifadə edib.

***

16:25

İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən toqquşmalar zamanı azı 20 nəfər həbs olunub.

Məlumatlara görə, onlar arasında 14 yaşlı yeniyetmə də var.

Bundan başqa, İsrail əsgərlərin rezin deyil, həqiqi güllələrdən istifadə etdiyi bildirilib.

Rəsmi Tel-Əviv İordan çayının qərb sahillərinə yeni ordu qüvvələri cəlb edib.

Etiraz aksiyaları zamanı İsrail və ABŞ bayraqlarına od vurulub.

***

17:03

İsrail əsgərləri ilə fələstinlilər arasında İordan çayının qərb sahilində və Qəzza zolağında baş verən toqquşmalar nəticəsində 110 nəfər yaralanıb.

Məlumatlara görə, insident zamanı çox sayda fələstinli saxlanılıb.

***

Fələstində cümə namazından sonra keçirilən etiraz aksiyasına İsrail hərbçilərinin müdaxiləsi nəticəsində yaralananların sayı 233 nəfərə çatıb.


Müəllif: Samir