1 Avqust 2014 18:39
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhə xəttində baş verən hadisə ilə bağlı ANS TV və ANS ÇM radiosunun efirində böyük proqram dəyişikliyi olub.

Bu barədə anspress-ə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. Onun sözlərinə görə, bu, Azərbaycan hərbçilərinin cəbhədə şəhid olması ilə əlaqədardır.

Televiziyanın və Radionun efirindən bütün əyləncəli, yumoristik verilişlər çıxarılıb. Televiziyanın bütün verilişləri efirə musiqi müşayiəti olmadan çıxacaq.

"Mən özüm bütün Qarabağ müharibəsindən və digər qaynar nöqtələrdən keçmişəm. Heç bir yerdə atəşkəs zamanı Azərbaycan Ordusunun bu gün verdiyi itki qədər itki görməmişəm. Mən təsəvvür edirəm, bizim uşaqlar bu gecə hansı qüvvə ilə rastlaşıblar, nələrdən keçiblər... Amma torpağımızın bir qarışını da verməyiblər. Aralarında 19 yaşlı uşaqlar da var idi. Düşmən ordusunun cəhənnəminə baxmayaraq, qardaşlarımız sınmayıblar, qaçmayıblar, doğma torpağı özlərinə məzar seçiblər, amma düşmənin irəliləməsinə imkan verməyiblər. Şəhidlərin ruhu və onların valideynləri qarşısında baş əyirəm. Var ol Azərbaycan!

Əminəm ki, düşmən bizim əsgər və zabitlərimizin atəşkəs zamanı xaincəsinə tökdüyü qanına görə cavab verəcək, hər bir damcıya görə, inşallah! Biz Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyevin istənilən əmrinə hazırıq. Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin" - deyə V. Mustafayev bildirib.


Müəllif: