1 Avqust 2014 18:50
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail qüvvələri girov götürüldüyü deyilən bir əsgərinin axtarışındadır.

Güman edilir ki, əsgər Qəzzada atəşkəsin pozulması və İsrailin hücumu nəticəsində 27 fələstinlinin həlak olmasından sonra girov götürülüb.

İsrail Ordusu deyib ki, əsgər silahlıların Qəzzadan İsrailə doğru qazdıqları tunelin dağıdılması əməliyyatı zamanı yoxa çıxıb.

İsrail və Həmas 72 saatlıq atəşkəsin pozulmasına görə bir-birini günahlandırır.

Fələstin mənbələri deyir ki, 27 nəfər İsrailin Rafah şəhərinə hücumu nəticəsində öldürülüb.

2006-cı ildə fələstinli silahlılar Gilad Shalit adlı bir əsgəri də tutmuşdular, 5 ildən sonra onu min fələstin məhbusuna dəyişiblər.

Son üç həftədə münaqişə başlayandan bəri təxminən əksəriyyəti sadə vətəndaş olan 1460 fələstinli və əksəriyyəti hərbçi olan 63 israilli həyatını itirib.

ABŞ və BMT-nin səyləri nəticəsində gözlənilən atəşkəs əhaliyə zorakılıqdan möhlət götürmək məqsədi daşıyırdı.
Fələstin və İsrail nümayəndə heyətləri də Misir paytaxtı Qahirəyə uzun müddətli atəşkəs planlarının müzakirəsinə gəlmişdi, lakin indiki halda danışıqların taleyi naməlumdur.

İsrail və Həmas Qəzzada cümə günündən etibarən 72 saatlıq "humanitar atəşkəs" haqda razılığa gəlib. Razılıq barədə ABŞ Dövlət Katibi John Kerry və Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Moon açıqlama verib.
"Bu zaman ərzində quru qoşunlar öz yerlərində qalacaq", John Kerry və Pan Gi Moon bildirib.

Üç həftə yarımdır ki, bu ərazidə gedən döyüşlər ərzində əksəriyyəti dinc əhali olmaqla, 1400-dən çox fələstinli ölüb, on minlərlə insan evlərini tərk etməyə məcbur olub.

Əməliyyatlar zamanı 58 israilli öldürülüb, onlardan 56-ı hərbçi, iki nəfəri isə dinc sakindir.

BMT-nin Qəzzada işləyən agentliyinin başçısı Pierre Krähenbühl təşkilatın təqdim etdiyi sığınacaqlarda qalan 250 mindən çox fələstinli qaçqının fəlakət şəraitində olduğunu bəyan edib.

İsrail, Qəzzada əməliyyatları ərzində hərəkətlərinə görə özünün yaxın müttəfiqi ABŞ tərəfindən də tənqid olunur.
Barışıq müddətində Qəzzada mülki əhali "yaxınlarının yası, yaralılara xidmət və qida ehtiyatlarını artırmaq kimi həyati əhəmiyyətli hərəkətləri gerçəkləşdirmək imkanı əldə edəcək".

/BBC/


Müəllif: