13 Dekabr 2017 12:54
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hökuməti Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinə məsul olan liderləri öhdəliklərini yerinə yetirməyə çağırır.

Bunu Teleqraf.com-a İsrailin Azərbaycandakı diplomatik missiya rəhbərinin müavini, səfirliyin sözçüsü Avital Rozenberq ABŞ Prezidenti Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıması ilə bağlı dünya ölkələrinin reaksiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən verilən bəyanat sülh üçün vacib bir addımdır:

“Çünki Yerusəlimin İsrail paytaxtı olduğunu özündə əks etdirməyən sülh mövcud ola bilməz”.

Avital Rozenberq vurğulayıb ki, Yerusəlim 3000 il yəhudi xalqının paytaxtı olub və 70 ilə yaxındır İsrailin paytaxtıdır:

“İsrail müqəddəs yerlərdə status-kvoya sadiqdir və yəhudilər, xristianlar, müsəlmanların dini azadlığını təmin etməyə davam edəcək”.


Müəllif: Nərgiz