2 Avqust 2014 00:03
8 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan hərbçilərimizlə bağlı fikirlərini bölüşüblər.

Teleqraf.com-un məlumatına görə, L.Əliyeva Facebook sosial şəbəkəsində üzərində üçrəngli bayrağımızın əks olunduğu qara lent şəklini paylaşıb. Arzu Əliyeva isə rəsmi səhifəsinə Azərbaycan Respublikasının bayrağını yerləşdirib və “Vətən uğrunda ölənlərin xatirəsi həmişə yaşayacaq. Allah rəhmət eləsin!” şərhini yazıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada qeyd olunub ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər: “Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq”.


Müəllif: