13 Dekabr 2017 17:10
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısında tarixi qərar qəbul edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, Şərqi Qüds Fələstinin paytaxtı elan edilib.

Toplantının yekun bəyannaməsində ABŞ-ın Qüds qərarı kəskin şəkildə qınanılıb və rədd edilib:

“ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır”.


Müəllif: Samir