2 Avqust 2014 10:34

Bu gecə 04:00-dan Tovuz rayonunun Əlibəyli kəndi düşmənin intensiv atəşinə məruz qalıb.

Bu barədə publika.az-a kənd sakini Rafiq Həsənov məlumat verib.


Onun sözlərinə görə, bu dəfə düşmən kiçik çaplı silahlardan, əsasən avtomatdan istifadə edib. Səhər saat 05:30-a qədər isə atışma kəsilib. Atışma qonşu kəndlərdə də müşahidə edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Əlibəyli kəndində iri çaplı silahlardan atışma olmuşdu. Kənddəki evlərə zərər dəymişdi, qonşu kəndlərin pəncərələri sınmışdı.


Müəllif:
Загрузка...