14 Aprel 2014 12:57
2 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ər öz həyat yoldaşnın çılpaq görüntülərini minlərlə internet istifadəçisi ilə paylaşdı.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, PlayStation 4-ün ən vacib funksiyalarından biri də oyun əsnasında istifadəçinin istədiyi təqdirdə digər istifadəçilərlə öz görüntülərinin paylaşa bilmək xüsusiyyətidir. Bir-birinin görə bilən istifadəçilər isə bu xidmətdən heç də hər zaman oyun məqsədi ilə istifadə etmədiyi ortaya çıxıb. Adı gizli saxlanılan internet istifadəçisindən biri öz həyat yoldaşnın məhrəm görüntülərini minlərlə istifadəçi ilə bölüşüb. Belə ki, yuxulu vəziyyətdə olan həyat yoldaşnın paltarlarını çıxardan istifadəçi qadının çılpaq görüntülərini Online olan oyun dostlarına göstərib. Bir anda yüzlərlə insan tərəfindən paylaşılan görüntülər qısa müddətdə izlənmə rekordu qırıb.

Qeyd edək ki, şirkət videogörüntü xidmətinin ancaq oyun məqsədi ilə istifadə etməyin mümükün olduğunu açıqlamışdır. Ancaq bu olaydan sonra jurnalistlərə açıqlama verən "SONY" şirkəti lazımi tədbir gördüklərini və həmin görüntülərin qadağan edildiyini bildirib. Ancaq şirkət qadağa baxmayaraq həmin görüntülərlə yanaşı bir çox məqsədini aşan cinsi istismar xarakterli görüntülərin yayımının qabağını almaqda aciz olduğunu deyib.


Müəllif: Teleqraf.com