4 Avqust 2014 12:29

Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycan sərhədinə gəlib.

Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, Abramyan və Ohanyan gecə saatlarında Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna səfər edib.

Onlar bir sıra hərbi qulluqçularla görüşlər keçirib. Görüşlərdə son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da cəbhə bölgəsinə səfər edib. Hazırda nazirin Ağdam rayonunda olduğu bildirilir. Bundan öncə isə nazir Goranboyda olub. Bəzi hərbçiləri təltif edib.


Müəllif:
Загрузка...