5 Yanvar 2018 15:25
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili Tiflis məhkəməsi tərəfindən ona qarşı çıxarılan həbs qərarına münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, fikirlərini Feysbuk hesabında yazıb:

“Mənə qarşı gürcü məhkəməsi tərəfindən çıxarılan qərar tam qanunsuzdur və beynəlxalq hüquqlara ziddir. Prezidenti əfv hüququndan istifadə etdiyinə görə ittiham etmək bu prosesin siyasi xarakterindən xəbər verir. İstintaqın getdiyi 5 ildə onlar heç bir sübut tapmayıblar və bu vəziyyətdə mənimlə bağlı qərar çıxarırlar”.

Qeyd edək ki, Tiflis Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, sonradan bu ölkənin vətəndaşlığından çıxarılan və hazırda Ukraynada yaşayan Mixail Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Saakaşvili bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.


Müəllif: Samir