6 Yanvar 2018 11:25
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusu ən qısa zamanda Suriyanın Afrin şəhərində hərbi əməliyyata başlamalıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O bildirib ki, Afrindəki terrorçular darmadağın edilməlidir:

“Afrin, Cəzirə, Kobani, Tel Abyad, Münbiç terrorçuların nəzarətindədir. Türk ordusu hücuma keçməli və terrorçuların daşını daş üstə qoymamalıdır. Afrindən başlamaq lazımdır”.


Müəllif: Samir