4 Avqust 2014 13:41
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bağlanan “Çağ Öyrətim” məktəblərinin maddi-texniki bazasının aqibətinə aydınlıq gətirib.

“APA-Economics”in məlumatına görə, bu barədə danışan ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, bağlanan “Çağ Öyrətim” məktəblərinin binalarının əksəriyyəti dövlətə məxsusdur.


“Bu binalar dövlətə məxsusdur və böyük hissəsi icarəyə verilmişdi. Onlar dövlətə qaytarılacaq. Məktəbin əmlakı Beynəlxalq Təhsil Mərkəzinin əmlakıdır. Bu əmlakdan istifadə olunması üçün qərar veriləcək. Yəqin ki, məktəblərin inkişafına yönəldiləcək”, - deyə o bildirib.


Müəllif: