4 Avqust 2014 14:57
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müdafiə naziri bildirib ki, qoşunları ölkənin şərqindəki üsyançılara qarşı vuruşlarda ciddi uğurlar əldə edir.


Müdafiə naziri, üsyançıları beynəlxalq ekspertlərin MH17 təyyarəsinin qəzaya uğradığı əraziyə buraxmamaqda günahlandırıb.

Şərqi Ukrayna sakinləri isə ərzaq və təminat toplayır və zirzəmilərdə gecələyirlər. Məlumata görə, Luqansk şəhəri faktiki olaraq mühasirəyə alınıb və şəhərdə elektrik enerjisi kəsilib.

Şənbə günü Donetsk və Luqansk şəhərlərində ən azı doqquz sakinin qətlə yetirildiyi bildirilir.

Bölgədə vəziyyət aprel ayından bəri, üsyançıların Kiyevdən müstəqilliklərini elan etdikdən sonra gərginləşib. Döyüşlər başlayanadan bəri 1500-dən çox insanın həlak olduğu bildirilir.

Malaysia Hava Yollarına məxsus MH17 təyyarəsinin iyul ayında qəzaya uğramasından sonra gərginlik daha da artıb.

Bu ilin mart ayında Ukraynanın Krım bölgəsini ilhaq edən Rusiya, üsyançıları silahlandırmaqda ittiham edilir və ABŞ və Avropa tərəfindən sanksiyalara məruz qalıb.

Rusiya ittihamları rədd edir.

BBC


Müəllif: