12 Yanvar 2018 10:23
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə bahalığa və vergilərin artırılmasına qarşı etiraz aksiyaları davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yerli hökumət etirazları yatırmaq üçün böyük şəhərlərə ordu birlikləri yeridib.

Məlumata görə, son 24 saatda azı 300 nəfər saxlanılıb.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Son günlər aksiyalarda baş vermiş toqquşmalar zamanı azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb.


Müəllif: Samir