12 Yanvar 2018 18:20
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının və ümumilikdə rusların istirahəti üçün ən təhlükəsiz ölkələrdən biridir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

ABŞ-ın Azərbaycanı terror təhlükəsi yüksək olan ölkələr siyahısına daxil etməsini şərh edən Zaxarova bildirib ki, bu qərarı ömrü boyu Bakıda olmayan, Azərbaycan mədəniyyəti və siyasətini bilməyən insanlar qəbul edə bilərlər:

“Mən böyük məmnuniyyətlə Azərbaycana səfər edən şəxs kimi deyə bilərəm ki, Azərbaycan haqqında ABŞ Dövlət Departamentinin səsləndirdiyi fikir yanlışdır. Azərbaycan mədəniyyət və idman sahəsində bir çox beynəlxalq tədbirlərin təşkilatçısı kimi çıxış edib”.


Müəllif: Samir