5 Avqust 2014 00:29
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyalı ailə tərəfindən atılmış Daun sindromlu körpə üçün həyata keçirilən kampaniya nəticəsində 120,000 dollardan çox pul toplanıb.

Altı aylıq Gammy-nin anadangəlmə ürək xəstəliyi də var və təcili müalicə olunmalıdır. Ona taylandlı analığı, Pattharamon Chanbua qayğı göstərir. Körpəyə sahib çıxması üçün analığa valideynlər tərəfindən 15,000 dollar pul ödənilib. Valideynlərin sadəcə sağlam olan əkiz qızlarına sahib çıxdığı bildirilir.

Surroqat analıq üsulu ilə dünyaya gəlmiş uşağın atası isə bildirib ki, həkimlər onlara sadəcə qızlarının doğulduğunu deyiblər və onlar da qızı Avstraliyaya aparıb. Ata, Daun sindromlu oğullarını tərk etmələri ilə bağlı məlumatı təkzib edib.

21 yaşlı Pattharamon Chanbua isə öz növbəsində bildirib ki, cütlük, uşağın xəstəliyindən xəbər tutduqdan sonra onu tərk edib.

Özünün iki övladının olmasına baxmayaraqa, analığı, Gammy-ni öz övladı kimi böyütməyi planlaşdırır. Daun sindromu olan körpənin həmçinin, anadangəlmə ürək problemləri və ağciyər infeksiyası var.
Hadisə xüsusilə Avstraliyada böyük qalmaqala səbəb olub. Baş nazir Tony Abbot və İmmiqrasiya naziri Scott Morrison belə vəziyyətin baş verməsinə görə təəssüfləndiklərini bildiriblər.

Körpənin valideynlərini məhkəməyə verəcəyini bildirən xanım Chanbua, Fairfax Media-ya bildirib ki, 50 yaşlarında olan ata "hospitala qızını görmək üçün gələndə Gammy-nin heç üzünə belə baxmayıb." Hospitalda hər iki körpə yan-yana olub.

Pattharamon Chanbua deyir ki, o, körpənin həyatı üçün təhlükəli olan ürək xəstəliyinin müalicəsi üçün xərcləri ödəmək iqtidarında deyil.

Bu məlumat mətbuatda dərc edildikdən sonra, müalicə üçün pulun toplanması kampaniyasına başlanmışdır. Onlayn kapmaniya nəticəsində artıq 120,000 dollardan çox pul yığılıb.

BBC


Müəllif: