15 Yanvar 2018 09:46
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə Afrinə girə bilərik” sözləri PKK terror təşkilatının Suriya qolu olan PYD silahlılarını təşvişə salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən Afrində 2 xəstəxana boşaldılıb, 60 xəstəxanada isə yaralıların müalicəsi üçün yerlər hazırlanıb.

Bununla bağlı PKK-nın Qəndildəki yeni komandiri Mahmud Berhudan təlimat verib.

O, Türkiyə Silahlı Qüvvələrinin hücuma başlayacağını deyib və buna hazır olmağı tapşırıb.

Bundan başqa, yaxalanan 400 İŞİD silahlısından 120-sinin PYD sıralarında döyüşəcəyi bildirilib.


Müəllif: Samir