15 Yanvar 2018 11:32
3 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afrin əməliyyatı ilə bağlı məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Sabah” qəzeti informasiya dərc edib.

Məlumata görə, hücum 4 istiqamətdən həyata keçiriləcək:

“Hücumun həyata keçiriləcəyi istiqamətlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hücumda Fərat Qalxanı hərəkatındakı türk əsgərləri və Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxaliflər iştirak edəcək”.

“Sabah”ın xəbərinə görə, Reyhanlı bölgəsindən Kilisə qədər 100 kilometrlik ərazidə müşahidə gücləndirilib. Bu, Suriyadakı silahlıların buradan sərhədi aşaraq Türkiyəyə keçməsinin qarşısını alacaq.

Məlumatlarda qeyd edilir ki, YPG silahlıları Afrin əməliyyatından qorunmaq üçün Afrindən Bursaya xüsusi tunel açıblar. Bundan başqa, terrorçular Afrin əməliyyatına hazırlıq məqsədi ilə tunelləri, keçidləri, mağaraları, sığınacaqları, cəbbəxanaları və ABŞ-dan silah aldıqları gizli yolları yenidən yoxlanışdan keçirib.

Türkiyə tərəfinin hazırladığı planda YPG-nin bütün strateji mövqelərinin yerləşdiyi nöqtələr qeyd edilib. Ona görə də silahlıların bu mövqelərdən istifadəsi qeyri-mümkün olacaq və terrorçular məhv ediləcək.

Afrindən sonra Türkiyənin növbəti hədəfinin Münbiç olacağı bildirilir.


Müəllif: Samir