17 Yanvar 2018 10:08
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSK) Afrin əməliyyatından öncə terrorçuların bölgədəki hədəflərinə atəş açıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSK məlumat yayıb.

Hadisə zamanı PKK terror təşkilatının Suriya qolu sayılan PYD qruplaşmasının 30 silahlısı öldürülüb.

Hazırda Azad Suriya ordusunun 20 min döyüşçüsü Afrin əməliyyatı üçün Türkiyədən əmr gözləyir.

Əməliyyatın başlaması ilə bağlı yayılan informasiyalardan sonra Afrində dinc sakinlərin kütləvi şəkildə köçü müşahidə edilir.


Müəllif: Samir