17 Yanvar 2018 14:35
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman polisi İrana casusluqda şübhələndiyi şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılan on nəfərin İran ordusuna bağlı olan “Qüds Gücü”ndən olduğu hesab edilir.

Teleqraf.com Almaniyanın “Fokus” dərgisinə istinadən xəbər verir ki, Alman polisi yəhudi təşkilatlarına qarşı kəşfiyyat işləri həyata keçirən və İranın xeyrinə casusluq edən şəxslərə qarşı əməliyyata başlayıb. Əməliyyat bütün Almaniya boyu aparılıb. Evlər axtarılıb, saxlanılan 10 nəfərin isə İran İnqilab Keşikçiləri Qvardiyasının strukturu olan “Qüds Gücü”nə bağlı və həm də bu şəxslərin çox təhlükəli olduğu müəyyən edilib.

Əməliyyatlar Berlin, Baden-Vürttemberq, Bavariya və Şimali Reyn-Vestfaliya federal torpaqlarında aparılıb.

Xatırladaq ki, 1992-ci ilin sentyabrında Berlindəki Maykonosda mühacirətdə olan 4 iranlı siyasətçinin öldürülməsi Almaniya-İran münasibətlərində ciddi böhran yaratmışdı. Bu cinayətin araşdırılması zamanı Almaniya polisi müəyyən etmişdi ki, əmr İranın kəşfiyyat qurumları tərəfindən verilib.


Müəllif: Cavad