5 Avqust 2014 10:42
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Bu barədə Teleqraf.com-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Bu gün saat 10:00-a olan məlumata görə 35621 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.


Müəllif: