18 Yanvar 2018 09:53
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Afrin əməliyyatlarına hazırlıq başa çatmaq üzrədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hər an başlaya biləcək əməliyyata görə Kilisin Azez və Mare, eləcə də Reyhanlı bölgələrində topçular öz yerlərini alıblar:

“Bu günə qədər 200 hədəf müəyyən edilib və hazırda ordumuz həmin hədəfləri nişan alıb. Əmri gözləyirik. Hədəflərin əksəriyyəti toplar və qırıcılar vasitəsilə məhv ediləcək”.


Müəllif: Samir