18 Yanvar 2018 10:16
2 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillerson ölkəsinin Suriyada “yeni ordu” qurmaq planları ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu informasiyaların yalan olduğunu bildirib:

“Suriyada sərhəd təhlükəsizlik ordusunun qurulması məsələsi tamamilə yanlış anlaşılıb. Belə bir planımız yoxdur. Bu səbəbdən Türkiyəyə açıqlama borcumuz var. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə bu məsələni müzakirə etdik. Əsas məqsədimiz Suriyanın İŞİD terror təşkilatından azad edilmiş bölgələrində yerli qüvvələrə təlim keçməkdir”.


Müəllif: Samir