18 Yanvar 2018 13:07
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-ın Suriyada yeni ordu yaratmaq planı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Tillersonun son açıqlamasından sonra fikirlərini belə ifadə edib:
“Son 3 gündə ABŞ-dan bir-birini təkzib edəcək açıqlamalar gəlir. Bunlar qarışıqlığın əlamətidir. Sərhədimizdə terror təşkilatının qurulmasına icazə verməyəcəyik”.

Qeyd edək ki, Tillerson ABŞ-ın Suriayda sərhəd təhlükəsizliyini təmin etmək üçün yeni ordu yaratmaq planının olmadığını bildirib.


Müəllif: Samir