19 Yanvar 2018 11:50
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Afrin bölgəsində Türkiyənin keçirəcəyi əməliyyata rəhbərlik edən komandirin adı açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatlar Türkiyə Silahlı Qüvvələrinin generalı İsmayıl Mətin Təməlin komandanlığı ilə keçiriləcək.

Təməl 15 iyul uğursuz hərbi çevrilişə cəhdin qarşısının alınmasında xüsusi ilə fərqlənən hərbçilərdəndir. Ona Silopi rayonunda 8 qiyamçı tərəfindən sui-qəsd təşkil edilib. Bu zaman Təməl yox, yanındakı əsgəri şəhid olub.

O, həmin əsgərə verdiyi son sözü yerinə yetirərək, şəhidin anasını himayəsinə götürüb.


Müəllif: Samir