5 Avqust 2014 11:29
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətulalh Gülən hərəkatına qarşı əməliyyatları bərpa edib.

Bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb.

Həmin əməliyyat çərçivəsində İstanbulda polis idarələrinin hərəkat tərəfdarflarından təmizlənməsi həyata keçirilir.

Bir müddət əvvəl bildirilmişdi ki, iyulun 22-də Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən xüsusi əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb.

Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

/trend/


Müəllif: