19 Yanvar 2018 13:42
2 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afrin əməliyyatlarından öncə Rusiyaya müraciət edərək, Suriyadakı Xmeymim və Lazkiyə hərbi hava bazalarında S-400 hava-müdafiə sistemlərini qapatmasını istəməsi ilə bağlı xəbərlər yayılmışdı.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məsələ ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli İtihbarat Təşkilatının rəhbəri Hakan Findan Rusiyaya səfəri gerçəkləşdi.

Məqsəd Türkiyə qırıcıları və raketlərinin S-400-lər tərəfindən hədəfə çevrilməsini önləməkdir.

Məlumatlara görə, Rusiya S-400 sistemlərini qapatmaqdan imtina edərsə, Türkiyə B planını işə salacaq.
Plana görə, F-16 qırıcıları bu vəziyyətdə hədəfləri sərhədə yaxın bölgələrdən nişan alacaq. Bu zaman qırıcılar HCK və LGK raketlərindən istifadə edəcəklər.

Bu raketlər yerli istehsaldır. Uzun müddət ABŞ həmin raketlərin istehsalını dayandırmağa çalışsa da, buna nail olmamışdı. Raketlərin hava hücumundan müdafiə sistemləri və radarlar tərəfindən aşkar edilmədiyi bildirilir.


Müəllif: Samir