21 Yanvar 2018 22:42
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Afrin əməliyyatını dəstəklədiyini bəyan edib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Ərdoğan verdiyi dəstəyə görə Dövlət Baxçalıya təşəkkür edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.


Müəllif: Kəmalə