22 Yanvar 2018 00:13
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin daha öncə apardığı oxşar hərbi əməliyyatlara sərt təpki verən Avropa Birliyi bu dəfə susqunluq nümayiş etdirib.

Teleqraf.com “Hürriyyət”ə istinadla xəbər verir ki, AB Türkiyənin Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində başlatdığı “Zeytun budağı” adlı əməliyyatla bağlı hər hansı şərh verməyib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerin Avropa Birliyinin hərbi yönlü təşkilat olmadığını vurğulayaraq hərbi əməliyyatlarla bağlı şərh vermədiklərini bəyan edib.

Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında Afrin əməliyyatı ilə bağlı son vəziyyət ətrafında da fikir mübadiləsi aparılacağı gözlənilir.


Müəllif: Teleqraf.com