22 Yanvar 2018 10:39
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları şənbə günü Afrində PKK terrorçularının mövqelərini bombardman edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı pilotların radio əlaqə olmadan hədəfləri məhv etməsi diqqət çəkib.

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar əməliyyatdan sonra türk pilotlara müraciət edib:

“Qəhrəman pilotlar, alınlarınızdan öpürəm”.

Qeyd edək ki, əməliyyatda 72 qırıcı iştirak edib.


Müəllif: Samir