22 Yanvar 2018 16:44
2 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatı ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Ankarada mükafatlandırma mərasimində çıxışı zamanı danışıb:

“Bu gün qəhrəman təhlükəsizlik qüvvələrimiz ən böyük mübarizələrdən birini həyata keçirir. Terror koridoruna ilk zərbəni Fərat qalxanı ilə vurmuşduq. Bəziləri bu hücumları kürdlərə qarşı əməliyyat kimi təqdim edir. Bizim kürd vətəndaşlarımızla heç bir problemimiz yoxdur. Burada qurulan kürd deyil, terror koridorudur. Biz onu məhv edəcəyik”.

Ərdoğan Afrin əməliyyatlarını Rusiya tərəfi və koalisiya qüvvələri ilə müzakirə etdiyini deyib:

“Afrindən geri çəkilməyəcəyik. Terrorçuları tamamilə məhv edəcəyik”.

Türkiyə prezidenti ABŞ-ın bölgəyə silahlar göndərməsinə də diqqət çəkib:

“ABŞ bölgəyə 5 min TIR dolu silah göndərdi. Onların aqibəti necə oldu? Hamısı terrorçulara verildi. ABŞ-ın hazırda Suriyada 20 hərbi bazası var. Buradan bütün dünyaya elan edirəm ki, bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. ABŞ deyir ki, əməliyyatların müddəti bəlli olmalıdır. Afrin əməliyyatı Fərat qalxanı kimi sona çatacaq. Bu bəllidir. Bəs sizin Əfqanıstanda əməliyyatlarınız nə vaxt bitəcək? İraqda nə vaxt bitəcək? Bu cür sualı necə soruşa bilərsiz?”


Müəllif: Samir