22 Yanvar 2018 22:58
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ xarici işlər naziri Reks Tillerson Türkiyənin Afrin əməliyyatı ilə bağlı təkliflə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Tillerson Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün birlikdə hansı addımların atılmasının müzakirə olunmasını istədiyini bildirib.

"Suriyada neytral bölgə üçün Türkiyə ilə birlikdə çalışa bilərik", deyə Tillerson qeyd edib.

Tillersonun təklifinə Türkiyədən cavab özünü çox gözlətməyib. Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ ABŞ-la əməkdaşlığa hazır olduqlarını bəyan edib: "Biz əməkdaşlığa hazırıq. İlk addım olaraq onlar terrorçulara verdikləri silahları geri toplaya bilərlər".


Müəllif: Ayxan