23 Yanvar 2018 16:25
3 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:06

Bu gün Türkiyənin paytaxtı Ankarada təhlükəsizlik toplantısı keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.

***

14:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Ankarada təhlükəsizlik toplantısı başlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.

Toplantıda Ərdoğanın masası üzərindəki qırmızı qovluq diqqətlərdən yayınmayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Ankarada təhlükəsizlik toplantısı başa çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıdan sonra ilk rəsmi açıqlamanı Ərdoğanın sözçüsü İbrahim Qalın verib.

O, toplantı zamanı Afrin əməliyyatlarının dəyərləndirildiyini bildirib:

“Türkiyə bu günə qədər oxşar əməliyyatlarla getdiyi heç bir yerə zülm, qan, göz yaşı və pislik aparmayıb. Fərat Qalxanı buna bariz nümunədir. Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bu ölkədə ərəb, türkmən və kürd qardaşlarımızın hüzur içində yaşaması üçün lazım olan hər şeyi edirik. “Zeytun budağı” əməliyyatı hər hansı etnik qrupa deyil, terrorçulara qarşı yönəlib. Türkiyə Silahlı Qüvvələri Afrində əməliyyatında ardıcıl uğurlara imza atır. Ən böyük təşəkkürü bu bölgədə yaşayan qardaşlarımızdan alacağımıza heç kəsin şübhəsi olmasın”.


Müəllif: Samir