23 Yanvar 2018 16:18
3 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsinin İŞİD və PKK terrorçularından təmizləməsi üçün başladığı “Zeytun budağı” hərbi əməliyyatları davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların hədəfi olan Afrində ABŞ-ın hərbi varlığı mövcud deyil.

Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrindən sonra əməliyyatların Menbiçdə davam edəcəyini söyləməsi Vaşinqtonu təşvişə salıb.

ABŞ bu bölgədə hərbi varlığını davam etdirir.

Adının açıqlanmasını istəməyən ABŞ Dövlət Departamentinin nümayəndəsi Menbiçə əməliyyatların təşkilindən sonra vəziyyətin Vaşinqtonu qane etməyəcəyini bildirib.

Qeyd edilib ki, ABŞ ötən ilin martından etibarən PYD silahlılarını qorumaq üçün Menbiçə çox sayda əsgər göndərib.


Müəllif: Samir