23 Yanvar 2018 16:10
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun silahlıları Afrin əməliyyatında uğurlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Əməliyyat zamanı müxaliflər Cinderes rayonunun Hammam kəndini və onun ətrafındakı yüksəklikləri ələ keçirib.

Yüksəkliklərin Afrin yolunda xüsusi əhəmiyyətə malik olduğu bildirilib.

Müxaliflər 4 gündə 14 yaşayış məntəqəsini PKK terrorçularından azad ediblər.


Müəllif: Samir