23 Yanvar 2018 16:34
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mettis Afrin əməliyyatı ilə bağlı yeni açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mettis Türkiyənin Suriyadakı əməliyyatlarının İŞİD terror təşkilatı ilə mübarizədən diqqəti yayındırdığını bildirib.

Onun fikrincə, “Zeytun budağı” əməliyyatı Suriyanın digər bölgələrində böhranın dərinləşməsinə səbəb olacaq:

“İndi fikirlərimizi bu əməliyyata yönəltsək, İŞİD və “Əl Qaidə” bundan istifadə edəcək”.


Müəllif: Samir