Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatına qarşı təxribatçı xarakterli təbliğat aparan PKK rəğbətli HDP-nin iki funksioneri həbs edilib.
Teleqraf.com xəbər verir ki, adı çəkilən partiyanın funksionerləri Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat haqda sosial şəbəkələrdə təxribatçı kampaniya aparıb, bunu “müharibəyə qarşı olmaları” ilə pərdələmək istəyiblər.
Xalqı kin və düşmənçiliyə təhrikdə, eləcə də PKK terror təşkilatının təbliğatını aparmaqda ittiham edilənlər HDP Muğla təşkilatının rəhbəri Fatoş Ay və partiyanın tanınmış üzvü Məhməd Poladdır.
Onların haqqında məhkəmə həbs qərarı çıxarıb.