23 Yanvar 2018 21:12
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.

Teleqraf.com Sondakika.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, "Zeytin budağı" əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Teleqraf.com