23 Yanvar 2018 21:57
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var, lakin Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı təhdidlərə cavab xarakteri daşımalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə ikigünlük işgüzar səfərdə olan NATO baş katibinin müavini Rouz Getemüller deyib.

"Türkiyə öz sərhədlərində terror təhlükəsi ilə ən çox üzləşən ölkədir və daim bununla mübarizə aparır".

R.Getemüller əlavə edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daima əlaqə saxlayır və münasibətlərdən razıdır.


Müəllif: Teleqraf.com