24 Yanvar 2018 14:22
2 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG silahlıları Suriya üzərindən Avropaya çatmaq üçün Afrini işğal edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın ali dini liderinin hərbi məsələlər üzrə müşaviri general Yəhya Rəhim Səfəvi deyib.

O bildirib ki, ABŞ-ın bu il üçün əsas planı bölgədə münaqişəni qoruyub saxlamaqdan ibarətdir:

“ABŞ Türkiyənin sərhədində 30 minlik ordu qurmaqla terrorçular üçün muxtar bölgə yaratmaq istəyir. Bu, Suriyanın suverenliyinin pozulmasıdır. Ümumiyyətlə, Türkiyə və ABŞ-ın Suriyada olması beynəlxalq hüquqlara qarşıdır”.


Müəllif: Samir