24 Yanvar 2018 14:25
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təşkil olunan Muxtarlar toplantısında çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını tarixi hadisə adlandırıb:

“Afrinin terrorçulardan təmizləmək üçün başladığımız və “Zeytun budağı” adını verdiyimiz əməliyyat uğurla davam edir. Türkiyə Silahlı Qüvvələri bölgənin əsil sahibi olan suriyalı qardaşlarımzdan təşkil olunan Azad Suriya Ordusu ilə birlikdə addım-addım Afrinə doğru irəliləyir. Son terrorçu məhv edilməyənə qədər əməliyyat davam edəcək. Kürd və türkmən qardaşlarımızın gələcəyini özümüzkü kimi vacib bilirik”.

Ərdoğan bəzilərinin Türkiyəni “işğalçı” kimi təqdim etmə səylərinə də sərt reaksiya göstərib:
“Hər zaman demişik ki, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. “Fərat qalxanı”nda bunu sübut etdik. Ray, Cerablus, Əl Bab kimi bölgələrdə 100 mindən çox insan normal həyatına geri dönüb. Afrində də eyni şey olacaq. Bunlar hamısı Türkiyədə yaşayan 3,5 milyon suriyalı qardaşlarımız üçündür”.

Türkiyə prezidenti əməliyyatın niyə “Zeytun budağı” adlandırıldığını da açıqlayıb:

“Zeytun bizim inancımızda çox vacib yer tutur. Bu, eyni zamanda azadlıqların müjdəçisidir. Ona görə əməliyyatlara belə ad verdik”.

Ərdoğan əlavə edib ki, ABŞ-ın sabiq prezidenti Barak Obama Türkiyəni aldadıb:

“Obama dövründə bizim Zeytunluq hərəkatımız vardı. Obama orada bizi aldatdı. O hərəkatda Menbiç terrorçulardan təmizlənməli idi. Vədinə əməl etmədi. Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirdik, onlar isə boyun qaçırdılar. Bizə buradakı terrorçuları Fərat çayının şərq sahillərinə doğru sıxışdıracaqlarını dedilər. Menbiçin 95 faizi ərəblərin idi. Orada kürd yox idi. Vədlərinə xilaf çıxdılar. Sonradan məlum oldu ki, onlar həmin bölgədə terror dövləti qurmağı planlaşdırıbmışlar. Adını da kürd dövləti qoyacaqdılar. Eyni hərəkətləri Kobanidə də etdilər”.


Müəllif: Samir