5 Avqust 2014 15:13

Türkiyədə "paralel hökumət"ə qarşı aparılan əməliyyatlar çərçivəsində daha 32 nəfər saxlanılıb

Teleqraf.com-un məlumatlına görə, əməliyyatlar İstanbul da daxil olmaqla 13 bölgədə aparılıb. İlkin məlumatlara görə, əməliyyatlar polis sistemində aparılan istintaq çərçivəsində həyata keçirilib.

Səhər saatlarında başlayan əməliyyatlar qaçaqçılıq və mütəşəkkil cinayətlər şöbəsinin əməkdaşları tərəfindən aparılıb. Axtarışlar zamanı saxlanılanlar qeyri-qanuni dinləmə etməkdə ittiham edilirlər.

Digər tərəfdən, İstanbulda müxtəlif ünvanlara səhər erkən saatlarda təşkil edilən əməliyyatlarda bəzi təhlükəsizlik əməkdaşları saxlanılıb. Şübhəli şəxslərin evində axtarışlar aparılıb və daha sonra həmin şəxslər sağlamlıq testindən keçmək üçün xəstəxanaya aparılıb.


Müəllif:
Загрузка...