5 Avqust 2014 15:48
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi 5 avqust saat 23:59-da başa çatmalı idi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən xəbərə görə, bu gün saat 15:30-a olan məlumata görə, 35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edərək təsdiqlədib. Bunu nəzərə alaraq TQDK abituriyentlərin ixtisas seçiminin vaxtını 6 avqust saat 09:00-dək uzadıb.

TQDK xəbərdarlıq edir ki, ixtisas seçimini yekunlaşdırmayan abituriyentlər göstərilən vaxta qədər bu işi başa çatdırmasalar, onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

SEVİL


Müəllif: