5 Avqust 2014 16:09
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma zamanı Hacı İbrahim Nehrəmli kimi tanınan iş adamı İbrahim İbrahimov sahibi olduğu “Khazar İslands” adalarındakı “Stringray” klub-restoranının atəşfəşanlıqla açılış etməsi və açılışa rəqqasələri dəvət etməsi barədə yayılan məlumatlara münasibət bildirib

"Qafqazinfo" xəbər verir ki, Hacı İbrahim Nehrəmli publika.az-a açıqlamasında deyib:

"Məndən çox şəhid ailələrinə kömək edən iş adamı yoxdur. Heç kəs düşünməsin ki, mən şəhidlərimizin ruhuna hörmətsizlik etmişəm. Əksinə, həmin restoranın açılışında təntənəli atəşfəşanlıq və konsert proqramı nəzərdə tutulsa da, ancaq mən son anda onların hamısını təxirə saldırdım. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlara olan hörmətim sonsuzdur və belə davam edəcək. İndiyədək şəhid ailələrinə yardım əlimi əsirgəməmişəm və bundan sonra da əsirgəməyəcəm. Hər kəs də bunu belə bilsin. Mən bu cür adamam. O ki qaldı rəqqasələrin orada rəqsinə, inanın ki, onlar gözümdən yayınmışdı. Çünki həmin vaxtı mən orada olmamışam. Mən araşdırdım. O qızlar restoranın müştəriləri idi, ona görə də orada idilər. Onları restorana da uşaqlar dəvət ediblər. Hətta, o qızlar hovuzda çimmək istəyirmiş, uşaqlar icazə verməyib. Sonra da gedib dənizə giriblər, sonra da gəlib rəqs ediblər. Yəni, o qızlar restorana xüsusi rəqs etmək üçün gəlməyiblər. Onlar müştərilərdən biri olub".

Xatırladaq ki, Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmaların qızğın çağında və 4 şəhid xəbəri aldığımız məqamda oliqarxlarımızdan biri konsert verib


Müəllif: