5 Avqust 2014 17:51
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti (AAC) yaydığı növbəti bəyanatda vurğulanır ki, Avropanın enerji təhlükəsizliyi Azərbaycanın əlindədir.

Yayıılmış yazılı açıqlamaya görə, 2-ci Azərbaycan-Xəzər Neft və Qaz Həftəsi (The 2nd Azerbaijan & Caspian Sea Oil and Gas Week 2014 ) bu il 19-21 noyabr arası Bakıdakı “Four Seasons Hotel”də keçiriləcək. Tədbirə Azərbaycanın inkişafda olan neft və qaz sənayesinin aparıcı rəhbər nümayəndələri qatılacaq.

ARDNŞ-i son ziyarətində İsveçrənin AXPO şirkəti Azərbaycanın enerji sektorundakı rolunun əhəmiyyətini vurğulayıb. AXPO Trans Adriatik Qaz kəmərində (TAP) 5 faiz paya sahibdir.

Bakıda keçiriləcək tədbirdə TAP layihəsi də müzakirə olunan əsas mövzular sırasındadır. ARDNŞ-in Türkiyə bölümü, BP, TOTAL və NOCAR kimi şirkətlər tədbirin iştirakçıları arasında olacaq.

Bu il Azərbaycanda həm də “Əsrin Müqaviləsi“nin 20 illiyi qeyd olunacaq. Bu müqavilə Azərbaycan və Xəzər regionunda neft strategiyasının müəyyənləşməsində dönüş nöqtəsi hesab olunur. Hazırda 8 ölkəni təmsil edən 11 nəhəng şirkət bu işə cəlb edilib.

2-ci Azərbaycan və Xəzər Neft və Qaz Həftəsi enerji sektorunda beynəlxalq miqyasda tanınan aparıcı mütəxəssisləri yenidən bir araya gətirəcək. Sammitə Oliver Kinross rəhbərlik edəcək.


Müəllif: