5 Avqust 2014 20:16
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin populyar oriyental rəqqasəsi, erməni əsilli Safinaz ölkə prokurorluğuna çağırılıb


Rəqqasə ölkə bayrağının rəngləri olan kostyumda göbək rəqsi oynadığı üçün ondan şikayət edilib.

O, bu kostyumla Qırmızı dəniz sahilindəki kurortda çıxış edib.

Qəzet xatırladır ki, Misirin əvvəlki prezidenti Adli Mansurun vaxtında dövlət bayrağının təhqir edilməsinə görə bir il həbs cəzası və 4000 min dollar cərimə təyin edilməsi haqda qanun qəbul edilib.

Qanunda qeyd edilir ki, bayrağın cırılması, onun üzərində hansısa şüarın və ya təsvirin əlavə olunması da təhqir sayılır.

İki il əvvəl Misirə gələn Safinaz bir neçə filmdə çəkilib. O, eyni zamanda zənginlərin toy məclislərində iştirak edir

Kulis.az


Müəllif: