5 Avqust 2014 20:44
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinə İsrailin Qəzzaya hücumlarını dayandırması üçün ona basqı etməsi ilə bağlı məktub yazan məşhur ispaniyalı sənətçilər – Penelopa Kruz və Xavyer Bardem cütlüyünə qarşı sərt reaksiyalar davam edir.

Etiraz edənlər arasında dünyaşöhrətli aktrisa Ancelina Colinin atası, “Oskar” mükafatlı aktyor Con Voyt da var. O, “Variety and Hollywood” media quruluşuna “Cahillər” başlıqlı məktubla müraciət edərək Kruz və Bardemlə yanaşı, ispan xalqına da qəzəbini töküb.

C.Voyt cütlüyü təhqir edərək onlara “utancla başınızı əyin” deyib:

“Qürur duyun ki, Amerika kimi demokratik ölkədə yaşayaraq məşhur olmusunuz. Bu şöhrəti Suriyada, İranda qazana bilərdiniz? Orta Şərqin yeganə demokratik ölkəsi olan İsrailin tərəfində durmaq əvəzinə, onu təhqir etməyi seçdiniz. Utancla başınızı əyməlisiniz”.

Qeyd edək ki, Penelopa və Xavyer aktyorun bu sözlərinə münasibət bildirməsələr də, İspaniya mediasından cavab gecikməyib. Con Voytun özünü cahil adlandıran qəzetlər Fələstin xalqının yanında olduqlarını yazıb.

axşam.az


Müəllif: